Sürücülərin diqqətinə - Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

media-hightechnic-468x90

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şosesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal kompleksi qarşısınadək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa