Sürücülərin diqqətinə - Bu prospektdə hərəkət məhdudlaşdırılır

media-hightechnic-468x90

Heydər Əliyev prospektinin köməkçi yolunda hərəkət qısa müddətlik məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri, Heydər Əliyev prospektində yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən Koroğlu metrostansiyasından şəhər istiqamətinə doğru prospektin köməkçi yolunda hərəkət qısamüddətli məhdudlaşdırılacaq.

Avtomobillərin hərəkəti bu zaman köməkçi yoldan əsas yola istiqamətləndiriləcək.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600