Sürücülərin diqqətinə! Bu yollar bağlı olacaq

media-hightechnic-468x90

8782320 Yanvarın ildönümündə Bakıda hərəkətin məhdudlaşdırılacağı küçələrin adları məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində olan bütün küçələrdə hərəkət dayanacaq. Bununla yanaşı, Teleteatrdan başlayaraq Mehdi Hüseyn küçəsində, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətində də yollar bağlanacaq.

Qeyd edək ki, səhər saat 7:00-dan tədbir tam yekunlaşana qədər adıçəkilən küçələrdə hərəkət məhdudlaşdırılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600