!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin üzləşdiyi əks-göstəriş sertifikatı problemi: Çıxış yolu nədir? - EKSPERTDƏN TƏKLİF

!Reklam – Yazi

“Əks-göstəriş sertifikatı ala bilməyən taksi sürücülərinin həkim müayinəsi olan sənəddən istifadə etməsinə şərait yaradılmalıdır”.

Bu sözləri oktyabrın 1-dən etibarən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunması fonunda hələ də əks-göstəriş sertifikatı ala bilməyən əksər sürücülərin üzləşdiyi çətinliyə münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, əks-göstəriş sertifikatı üçün müraciət edən və cavab ala bilməyən insanların çətinliklərlə üzləşməməsi üçün güzəştlərin tətbiq edilməsi zəruridir:

“Koronavirusla mübarizədə əsas metod kimi vaksinasiya prosesinin götürülməsi hər kəsə məlumdur. Lakin insanları məcburi şəkildə vaksin vurdurmağa sövq eləmək qanunun tənzimlədiyi bir iş deyil. Bu baxımdan, hər bir vətəndaşın öz hüquqları var və buna hörmətlə yanaşmaq lazımdır. İnsan sağlamlığının qorunması üçün qəbul olunan qaydalara riayət etmək tövsiyə olunsa da, bütün hallarda məcburiyyət doğru yanaşma deyil. Elə şəxslər var ki, müəyyən səbəbdən onlara vaksin vurulması qadağandır. Lakin həmin insanlar komissiyaya müraciət etsələr də, hələ də sertifikat ala bilməyiblər. Əks-göstəriş sertifikatı ala bilməyən taksi sürücülərinə müəyyən güzəştlər tətbiq oluna bilər. Belə ki, taksi xidmətindən istifadə edən vətəndaş əks-göstəriş sertifikatı almaq üçün xəstəliyi ilə bağlı həkim müayinəsindən keçir. Sertifikat verilənə qədər sürücü həkim tərəfindən qoyulan diaqnozla bağlı möhürlənmiş sənəddən yoxlama zamanı istifadə edə bilər. Bu halda sürücülər işsiz qalmaz. Onu da qeyd edim ki, müvafiq qurum tərəfindən verilən əks-göstəriş sertifikatının elektronlaşdırılmasına ehtiyac var. Belə olarsa, insanlar əlavə vaxt itkisi ilə üzləşməzlər”.

Gülşən Şərif

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv