!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa Bəyannaməsinin əlavə üstünlüyü: "Tək Millət, Tək Diaspor" düsturu ilə..." - Abdullah Ərən

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan tarixi Şuşa Bəyannaməsi iki ölkənin diaspor təşkilatlanmasını daha da sürətləndirib.

Yenicag.az xəbər verir ki, Şuşa Bəyannaməsi diaspor təşkilatları arasında əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində inkişaf etdirilməsinin önünü açıb.

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək layihələrin planlaşdırılması Şuşa Bəyannaməsi ilə yeni format qazanacaq.

Şuşa Bəyannaməsinin diaspor təşkilatları arasında bağların möhkəmləndirilməsindəki rolundan danışan YTB sədri Abdulla Ərən, “Biz bu günə qədər təhsildən tarix və mədəniyyətə qədər iki ölkənin diaspor qurumları olaraq bir çox əməkdaşlıq örnəklərini həyata keçirdik. Azərbaycana səfərimiz çərçivəsində bir daha qardaşlarımıza dəstəyimzi ifadə etmiş, Diasporla İş üzrə Dövlət Komitəsi heyəti ilə bir araya gəlmişdik. Komitə sədri, dəyərli dostum Fuad Muradovla yaxın əlaqə və əməkdaşlığımız var. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin gözəl örnək olduqları birliyimizə, bərabərliyimizə biz də “Tək Millət, Tək Diaspor” düsturu ilə dəstək olacağıq. Şuşa Bəyannaməsi bu prosesi daha da sürətləndirən tarixi bir hadisə oldu”, – deyə qeyd edib.

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv