Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri tərəfindən Şuşa şəhərində – Laçın yolunda keçirilən aksiya gecə saatlarında da davam edib.
Yenicag.az xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
“Xəzər Xəbər”in əməkdaşları aksiya keçirilən ərazidə gecə saatlarında yaşanan proseslər barədə məlumatlar əldə edib və maraqlı görüntülər qeydə alıblar.
Xezerxeber.az həmin materialı təqdim edir:
www.yenicag.az