Şuşada silah-sursat aşkarlandı

media-hightechnic-468x90

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən 1 avtomat, 3 mina, 30 müxtəlif növ qumbara, 7 “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, 6 minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa