Tailandla Kambocanın münaqişədən müharibəyə KEÇİDİ: "Hərbi gərginliyin tam aradan qalxması inandırıcı deyil"

media-hightechnic-468x90

“Kamboca və Tailand arasında məbəd problemi münaqişəyə səbəb olub”.

Bu fikirləri Kamboca və Tailand arasında baş verən qarşıdurmaların səbəblərindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib.

Politoloq bildirib ki, Tailand və Kamboca arasında birdən çox problem var:

“Misal üçün, ən köklü problem sərhəd mübahisələri ilə bağlıdır. Lakin bu problemin daha spesifik səbəbləri var. Belə ki, iki ölkənin sərhədində, xüsusilə “Preah Vihear” məbədi ətrafında uzun illərdir, gərginlik mövcuddur. Bu məbəd 11-ci əsrdə Khmer imperiyası dövründə tikilib və beynəlxalq məhkəmə tərəfindən Kambocanın ərazisinə aid olduğu qərara alınıb. Amma Tailand tərəfi qərara illərdir, narazılıq edir.

Münaqişənin ən qəliz tərəfi iki ölkə sərhəddində yaşayan insanların qeyri-müəyyənliyidir. Belə ki, sərhəd boyunca hər iki tərəfin kəndlərinin əhalisi həm Tailand, həm Kamboca hökumətinə yaxınlıq nümayiş etdirir, bu da diplomatik və hərbi gərginliyi artırır. Hər iki tərəf bu əraziləri təkcə torpaq yox, həm də milli qürur məsələsi kimi görür”.

T. Rzayev münaqişənin mümkün həll yolları barədə də danışıb:

“Oktyabrda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə iki ölkə arasında sülh sazişi imzalanmışdı. Lakin buna baxmayaraq, Tailandla Kamboca sərhədində yenidən hərbi toqquşmalar başlayıb. Döyüşlər xüsusilə Trat əyalətində gedir.

Hazırkı vəziyyətə baxanda Tailand–Kamboca sərhədindəki gərginliyin tamamilə sülh yolu ilə həll olunması bir az çətin görünür. ABŞ vasitəçiliyi ilə sülh sazişi bir diplomatik nailiyyət idi, amma tarixi və mədəni kökləri, həmçinin yerli əhalinin və hərbi qüvvələrin mövqeləri nəzərə alınsa, mübahisələr davam edəcək.

Qısa müddətli atəşkəs, danışıqların yenidən baş tutması mümükündür, amma sərhəd ərazisində hərbi gərginliyin tam aradan qalxması inandırıcı deyil. Uzunmüddətli sülh üçün daha dərin və davamlı mexanizmlər lazımdır. Hər şeydən öncə sərhəd xəttinin dəqiq müəyyənləşdirilməsi, hərbi qüvvələrin yerləşdirilməsinin tənzimlənməsi və beynəlxalq müşahidəçilərin iştirakı zəruridir”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa