Ötən həftə azad olunan torpaqlardan bu qədər mina təmizləndi
Azad olunan ərazilərdə ötən həftə ərzində (dekabrın 1-7 ) 66 tank əleyhinə mina, 273 piyada əleyhinə mina, 1511 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1693.4 hektar ərazi minalardan təmizlənib.












