“Süveyda modeli” SDQ üçün nümunəyə ÇEVRİLİR: Paris görüşündən öncə NƏ BAŞ VERDİ?

media-hightechnic-468x90

Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi ilə Suriya prezidenti Əhməd əş-Şaraanın Parisdə keçirilməsi planlaşdırılan, lakin ertələnmiş görüşünün yaxın tarixdə baş tutacağı bildirilir.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, bu fonda Parisdə druz icması ilə Dəməşq hökuməti arasında imzalanan və “Süveyda Anlaşması” adlandırılan 7 maddəlik razılaşmanın SDQ-yə də yeni imkanlar aça biləcəyi qeyd olunur.

Məlumata görə, Fransa və ABŞ-nin vasitəçiliyi ilə baş tutan görüşdə druz təmsilçilərlə Şam hökuməti arasında imzalanan anlaşmaya əsasən, İsrail sərhədində yerləşən və druzların nəzarətində olan Süveyda şəhərinə hökumətə bağlı heç bir qüvvə daxil olmayacaq. Əvəzində şəhər öz yerli idarəetmə qurumunu – məclisini yaradacaq və bütün inzibati idarəçilik bu orqan vasitəsilə həyata keçiriləcək.

Bu modelin Suriyanın digər bölgələrində, xüsusilə də ələvilərin və YPG-nin (SDQ-nin əsas hissəsini təşkil edən) nəzarətində olan ərazilərdə də tətbiq oluna biləcəyi ehtimalı ekspertlər tərəfindən ciddi müzakirə olunur.

media-suve-zoyi

Paris anlaşması: SDQ silah buraxacaqmı?

Paris görüşməsi öncəsi SDQ-nin silah buraxaraq Suriya ordusuna inteqrasiya olunması məsələsi gündəmdə olsa da, təşkilat bu prosesə şərtlərlə yanaşır. SDQ rəhbərliyi özünəmuxtariyyət və ya federasiya formasında siyasi status tələb etsə də, həm ABŞ, həm Dəməşq, həm də Ankara bu tələblərə mənfi yanaşır.

Görüşün baş tutmasının ləngiməsinin səbəblərindən biri kimi SDQ lideri Mazlum Abdinin pasport problemi göstərilsə də, təhlükəsizlik eksperti Ünal Atabay bunun, əslində, ciddi bir danışıqlar mərhələsi olduğunu deyir. Onun fikrincə, Parisdə gözlənilən görüş nəticəsində SDQ və Şam arasında “Süveyda modelinə” bənzər bir razılaşma formalaşa bilər.

media-suve1-92ie

10 Mart Konsesusu yenilənə bilər

Atabay bildirir ki, tərəflər 10 mart tarixli SDQ-Şam arasında bağlanmış ilkin razılaşma sənədini yenidən nəzərdən keçirə və müəyyən dəyişikliklər edə bilərlər. Bu dəyişikliklər YPG-nin maraqlarına uyğun olaraq həm inteqrasiya, həm də mərkəzləşmiş idarəetmə formalarını özündə birləşdirə bilər. Belə bir razılaşma Suriyada SDQ-nin faktiki muxtariyyət əldə etməsinə gətirib çıxara bilər ki, bu da Türkiyənin bölgədəki maraqları üçün ciddi təhlükə yarada bilər.

Siyasi simvollar: İki “dövlət” masada

Ekspertin diqqət çəkdiyi digər vacib məqam isə SDQ lideri Mazlum Abdi ilə Suriya prezidenti Əhməd əş-Şaraanın Parisdə eyni masada oturaraq bir sənədi imzalaması ilə bağlıdır. Atabay bu görüntünün Suriyada “dövlət içində dövlət” mesajı verdiyini deyir:

“Şara bunu təsdiqləməklə sanki YPG-ni paralel bir güc kimi qəbul edir. Halbuki bu cür bir sənəd müdafiə nazirinin müavini səviyyəsində bir rəsmi ilə də imzalana bilərdi.”

Görünən odur ki, Paris danışıqları yalnız SDQ-nin gələcəyi deyil, həm də Suriyanın siyasi xəritəsində ciddi dəyişikliklərin başlanğıcı ola bilər. Türkiyə başda olmaqla region ölkələrinin reaksiya və müdaxilələri isə bu modelin reallaşmasında həlledici rol oynayacaq.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600