Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra çoxlu sayda Azərbaycan vətəndaşı Türkiyədə hava limanlarında qalıb.
Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.