“Cənab prezidentin bunu deməyi hər kəsə böyük mesajdır”.
Bunu ölkə başçısı İlham Əliyevin “Anadolu” Agentliyinə verdiyi müsahibədə İran tərəfindən Qarabağa qanunsuz yük daşımalarının həyata keçirilməsi və ümumilikdə Tehranın Azərbaycan siyasətinin qeyri-konstruktiv olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Tahir Kərimli Yenicag.az-a açıqlamasında deyib.
Tahir Kərimli prezientin fikirlərinin bölgə ölkələri üçün mesaj olduğunu vurğulayıb:
“Qafqaz şeyxülislamı da öz fikrini bildirmişdi. Düzü, buna çox sevinmişdim ki, şeyxülislam nəhayət Azərbaycanın dövlət maraqlarını ifadə edən sözləri dilə gətirdi. İndi isə cənab prezidentin bunu deməyi hər kəsə böyük mesajdır. Doğurdanmı İran üçün fars-erməni dostluğu islamdan üstündür? Ali Baş Komandanın fikirləri tam zamanında söylənmiş dəqiq fikirlərdir”.
Millət vəkili yük daşımalarını həyata keçirənlərin əksəriyyətinin güneyli soydaşlarımız olduğunu qeyd edərək bunu onlar üçün ayıb hesab etdiyini bildirib:
“Onu da deməliyəm ki, bu orada yaşayan azərbaycanlılar üçün ayıb bir şeydir”.
Aqil Bəkir
www.yenicag.az