Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tahir Salahovun yubileyi Rusiya Rəssamlıq Akademiyasında qeyd olundu

Rusiya Rəssamlıq Akademiyasında görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib. Yenicag.az-ın Moskva bürosunun məlumatına görə, akademiyanın “Ağ zal”ında keçirilən tədbirdə Rusiya baş nazirinin müavini Olqa Qolodets, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli, Rusiya Mədəniyyət Nazirliyinin nümayəndələri, ölkənin tanınmış rəssam və heykəltəraşları iştirak ediblər. 

Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu rəssamı təbrik edərək ona böyük yaradıcılığına görə təşəkkürünü bildirib: “Mənim üçün həmyerlimi yubileyi münasibəti ilə təbrik etmək böyük şərəfdir. İndiki vaxtda 90 il yaşamaq artıq böyük qəhrəmanlıqdır. Bundan əlavə, tam qüvvədə olmaq, cəmiyyət və öz ailən üçün yararlı olmaq, fikrimcə, nadir hadisədir.  Tahir Salahovun doğum günü Azərbaycanda böyük bayramdır. O, Azərbaycanda bütün mükafatlara layiq görülüb. Ona görə də bu dəfə hörmətli prezidentimiz tərəfindən Tahir Salahov yeni təsis olunmuş “Əmək Ordeni” medalı ilə təltif olunub. Noyabrın 29-da prezident İlham Əliyev yubilyara zəng edərək onunla xeyli söhbət edib. Tahir Salahov öz yaradıcılığı ilə dünya mədəniyyətinə böyük töhvə verib”. 

Daha sonra diplomat Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Tahir Salahova təbrik məktubunu oxuyub. 

“Rusiya mədəniyyətinə verdiyi töhvələrə görə Ordeni”ni isə Tahir Salahova RF Mədəniyyət Nazirliyinin nümayəndəsi Svyatoslav Qolubenko təqdim edib: “Tahir Salahovun Rusiya və Azərbaycan arasında mədəniyyət sahəsindəki əməkdaşlığa verdiyi töhvəni xüsusi qeyd etmək istəyirəm. Birgə layihələrimiz zamanı o, bizi dəyəri ölçülməyən yardım edib. Elə bir tədbirimiz olmayıb ki, Tahir Salahov iştirak etməsin”,-deyə S. Qolubenko vurğulayıb.  

Tədbirdə iştirak edən Rusiya baş nazirinin müavini Olqa Qolodets Tahir Salahovu 90 illik yubileyi münasibəti ilə təbrik edib:”Bu gün burada hamımızın Tahir Salahovu yubileyi münasibəti ilə təbrik etməyi mənim üçün böyük xoşbəxtlik və sevindirici haldır. Siz canlı klassiksiniz. Biz sizin əsərlərinizi tanıyırıq və sevirik. Bir müddət öncə Tretyakovskaya Qalereyasında sərgi keçirilmişdi. Sizin işləriniz hər zaman orada sərgilənir və bütün dünyada qiymətləndirilir. Fikrimcə, bunun özü çox şeydən xəbər verir. Sizə bəşəri və yaradıcılıq uzunömürlüyü arzulamaq istəyirəm”,-deyə RF baş nazirinin müavini qeyd edib. 

Daha sonra O. Qolodets, Rusiya prezidenti Vladimir Putinin Tahir Salahova yubileyi münasibəti ilə göndərdiyi təbrik məktubunu oxuyub.  

Görkəmli rəssam Tahir Salahov tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib: “Sizin xoş, mehriban sözlərinizdən narahatam. Bizim hamımız yaradıcılıq və incəsənətlə yaşayırıq. Mən, 25 il Sovet incəsənətinə xidmət etmişəm. Bu, mənim üçün həyatda ən başlıcasıdır. Bu gün biz Rusiya incəsənətinə xidmət edirik və əlimizdən gələni edirik ki, o, çiçəklənsin”. 

www.yenicag.az

7701
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100