!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi qiymətlərində ciddi artım: Bu operatorların fəaliyyəti sərnişinlərdə narazılıq yaradır

!Reklam – Yazi

“Düşünürəm ki, taksi qiymətlərində baş verən artımlarda sürücüləri günahlandırmaq düzgün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər taksi qiymətlərində baş verən qiymət artımının səbəbləri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, bəzi taksi operatorların mənfi istiqamətdə olan fəaliyyətinin olması insanlarda narazılıq yaradır.

“Taksi qiymətlərində baş verən ciddi artımlar son vaxtlar taksi ilə sərnişindaşımaları sahəsində baş verən müəyyən işlərin görülməsi ilə bağlıdır. Bunun nəticəsində neqativ halların olması da məyusedicidir. Çünki qiymət faktiki olaraq hər hansı bir qurum tərəfindən razılaşdırılaraq, tətbiq olunur. Lakin daha sonra qiymətlərə hər hansı əlavələrin olması, kondisionerə görə əlavə ödənişlərin tələb olunması kimi hallar insanlarda müəyyən narazılığa səbəb olur. Bu da əsaslıdır”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, burada söhbət sürücülərdən deyil, bəzi taksi operatorlarından gedir:

“Bəzi taksi operatorların mənfi istiqamətdə olan fəaliyyətinin olması insanlarda narazılıq yaradır. Düşünürəm ki, taksi qiymətlərində baş verən artımlarda sürücüləri günahlandırmaq düzgün deyil. Bu kimi halların aradan qaldırmaq üçün maarifləndirmə işləri daha çox həyata keçirilməlidir. Belə məsələlərin nəzarətdə saxlanılması daha məqsədəuyğundur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv