Taksi sürücüsü yatmış sərnişinə təcavüz etdi

media-hightechnic-468x90

zorlama 6Moskvada sərnişinin zorlanmasında şübhəli bilinən taksi sürücüsü həbs edilib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin fevralın 3-də yaydığı məlumatda bildirilir. Məhkəmə istintaqın müvafiq vəsatətini təmin edib.

İstintaqın versiyasına görə, yanvarın 31-də taksi sürücüsü 32 yaşlı qadın sərnişinin yuxuya getməsindən istifadə edərək Potapovsk küçəsində avtomobili park edib və qadını zorlayıb.

Lakin bəzi Ruisya KİV-ləri istintaqın bu versiyası ilə razı deyillər.

RF-in bir sıra mətbuat orqanları qadının taksi sürücüsünün pulunu vermək istməməsindən sonra onlar arasında dava baş verdiyini və dava zəminində kişinin qadına qarşı cinsi zorakılıq etməsi barədə yazıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa