Qaradağ rayon Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, məhkəmə hökmü ilə o, beş ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Taleh Bağırova Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib.
İttihama əsasən, onun üzərindən ötən il iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.
Taleh Bağırov özünü təqsirli bilməyib.
T. Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
www.yenicag.az