Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Taliban” beynəlxalq ictimaiyyətin şərtlərini qəbul etmədi

“Taliban” hərəkatı Əfqanıstandakı yeni hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtləri qəbul etməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bunu yeni hökumətin informasiya və mədəniyyət nazirinin müavini Zabiullah Mücahid bildirib.

“Bizim hökumətin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər qəbuledilməzdir”, – deyə Zabiuallah qeyd edib.

Z.Mücahid vurğulayıb ki, belə tələblər beynəlxalq qanunvericiliyin pozulmasıdır:

“Başqa dövlətlərin hökumətinin tanınması da “Taliban”ın, eləcə də əfqan xalqının hüququdur”.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda müvəqqəti hökumətin tərkibini elan edib. Onun tərkibi bir çox ölkə tərəfindən tənqid olunub. Hələlik heç bir dövlət bu hökuməti tanımayıb.

www.yenicag.az

211
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100