Hakimiyyəti ələ keçirərək keçici hökumət quran “Taliban” rəhbərliyindəki Əfqanıstana ilk rəsmi səfər Qətər tərəfindən edilib.
Yenicag.az xəbər verir ki, Qətər xarici işlər naziri Məhəmməd İbn Əbdürrahman Əl-Sani rəsmi səfər çərçivəsində Kabilə gəlib.
Bununla bağlı Əfqanıstan xarici işlər nazirinin müşaviri Əmirxan Mütəqqi açıqlama verib.
“Qətər xarici işlər naziri Əl-Sani “Taliban” keçici hökumətinin Baş naziri Molla Məhəmməd Həsən Axund və yeni kabinet üvzlərilə məhsuldar körüş keçirdi. Kabil Hava Limanının yenidən fəaliyyətə başlaması ilə bağlı yardımlarına görə Qətərə təşəkkür edirik”, – deyə Mütəqqi qeyd edib.