Əfqanıstanın şimalında “Taliban” radikal hərəkatının silahlıları hücum edib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 30-dan çox polis həlak olub. Onların arasında polis rəisinin müavini polkovnik Xvani Tahiri də var.
Taliblərin 8 polis maşını, iki tank və silah-sursat ələ keçirdiyi bildirilir.