“Taliban” smartfonların istifadəsini qadağan etdi

media-hightechnic-468x90

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı Pəncşir vilayətində smartfonların istifadəsini qadağan edib.

Artıq “Taliban” döyüşçüləri nəzarət-buraxılış məntəqələrində mobil telefonların müsadirəsini həyata keçirirlər.

“Taliban” əsgərləri özlərinin təyin etdikləri məmurların, polis qüvvələrinin də smartfonlarını müsadirə edirlər. Vilayətdə ancaq kamerasız telefon gəzdirməyə icazə verilir.

Əfqanıstan mətbuatının yazdığına görə, “Taliban” hərəkatı Pəncşirdə yeni hakimiyyətə tabe olmaqdan imtina edən silahlı dəstələrə qarşı yeni hərbi əməliyyatlara hazırlaşır və bu səbəbdən müəyyən məhdudlaşdırıcı tədbirlərə əl atır./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa