«Taliban»ın yeni liderinin adı məlum olub

media-hightechnic-468x90

143592_res_01ABŞ-ın Pakistanda keçirdiyi əməliyyatlar nəticəsində öldürülən “Taliban” lideri Molla Əhtar Mansuru əvəz edəcək şəxsin kimliyi müəyyənləşib.

BBC-nin verdiyi xəbərə görə, terror təşkilatının yeni lideri Molla Heybatullah Axundzadədir. Bu barədə açıqlama yayan “Taliban” Molla Mansurun öldürüldüyünü də ilk dəfə təsdiqləyib. Qəndəharda anadan olan Molla Heybətullah Axundzadə indiyə qədər terror təşkilatı başçısının müavini olub.

Kabildə çoxsaylı terror aktlarının törədilməsində iştirak edən “Hakkani” şəbəkəsinin başçısı Siracuddin Hakkani və bir müddət əvvəl öldürülən “Taliban” rəhbəri Molla Ömərin oğlu Məhəmməd Yaqub onun müavinləri təyin edilib.

Qeyd edək ki, Molla Mansurun içərisində olduğu avtomobil Pakistanın Əfqanıstanla sərhədində vurulub. O, 2015-ci ildə terror təşkilatının başçısı seçilib. “Taliban”ın yaradıcısı Molla Ömər Məhəmməddir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600