“Əvvəllər qapını ayağınla vurub evə girərdin, indi tamam başqa cür olub”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa, Əməkdar artist Kubra Əliyeva “Gündən-günə” verilişində deyib.
Aktrisa son illər insanlarda xarakter dəyişkənliyindən danışıb və təəssüf hissini ifadə edib:
“Xarakterlər dəyişib. Əvvəllər hansısa evə gedəndə qapını ayağınla vurub, girərdin. İndi tamam başqa cür olub. İndi evlərdə qonaqlıqlar olmur. Xarakter dəyişkənliyi buna da təsir edib. Deyirlər, yox, evimi görməsinlər, bunu bilməsinlər, mən belə görünmək istəmirəm və s. İçlərini gizlin saxlayırlar. Amma neyləsələr də, məclislərini ən böyük salonlarda, ən bahalı restoranlarda etsinlər, yenə həmin insan nədirsə, odur. Onsuz da dəyişməyəcəklər. 40 ildir mən də səhnədəyəm. Hər il bir qadın obrazı yaratmışam. O qadının qarşısında bir kişi obrazı dayanıb – əri, oğlu, qardaşı, düşməni…
Bir psixoloq kimi, o obrazın daxilinə girib, xarakterini öyrənirik. Buna görə də indi bir qadına baxanda 15-20 dəqiqə kifayət edir ki, o insanın içini-dışını bilirəm”.
Nehru
www.yenicag.az