!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor: “Türkiyədə aktyor həftəyə 30 min qazanır, biz isə...”

!Reklam – Yazi

“İndi aldığımız 600-700 manatla gedib dünyanı gəzmək olmaz. Heç bilet pulu deyil…”.

Bunu tanınmış aktyor Natiq Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor Rusiya, Türkiyə və digər ölkələrin aktyorları ilə müqayisədə azərbaycanlı sənət adamlarının yaşam səviyyəsini arasında fərq barədə sualı cavablandırıb.

O, maddi baxımdan geri qalsalar da, sənət baxımından bizim aktyorların əcnəbi həmkarlarından üstün olduğunu deyib:

“Biz maddiyyat baxımından özümüzü Hollivud aktyorları ilə müqayisə edə bilmərik. Türkiyədə də olmuşam, çəkilişlərdə. Onlar hər çəkilişdən həftəyə bizim pulla azı 20-30 min pul alırlar. Amma bizdə aya istər serial, istərsə də filmlərdən heç 1000-2000 manat alan da yoxdur. Bunu da əvvəllər alırdılar, amma indi istəyirlər aktyor müftə çəkilsin.

Havayı da çəkilmək heç kimə sərf etmir. Buna görə də serial və filmlərimiz bərbad gündədir. Çünki qeyri-peşəkarları gətirib pulsuz, yaxud da az qonorara çəkməli olurlar. Amma mən bizim aktyorları Hollivud və digər ölkələrin aktyorlarından daha üstün tuturam. Onlarda 90 faiz texnik təchizat əsasdırsa, bizdə isə 90 faiz aktyor oyunudr.

Bizim aktyorların səviyyəsini onlardan yüksək hesab edirəm ki, az təminatla yüksək peşəkarlıq nümayiş etdirirlər. Mən gərək yeməyib, içməyib aylıq maaşlarımı üst-üstə qoyaydım ki, gedib haradasa dincələcəm. Məsələn, Türkiyənin özündə dincəlmək üçün ayrıca villa, yaxta götürürlər.

Bizdə də yəqin ki, bu sənətə nə vaxtsa sərmayə qoyular, teatrlarımızda yüksək məvacib verilər. İndi aldığımız 600-700 manatla gedib dünyanı gəzmək olmaz. Heç bilet pulu deyil. Bölgələrdəki istirahət məkanlarının qiymətləri Türkiyədən də bahadır. Elə ailəmlə birgə harasa qonaq gedərik, çoxdan görüşmədiyim insanlarla görüşərəm”.

Cəvahir

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv