Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Tanınmış aktyora SƏRT REAKSİYA: “Məni göstərib dedi ki, fırıldaqçı” - FOTO

Tanınmış aktyor Rəşat Kəsəmənli oynadığı mənfi obrazlara görə sərt reaksiya ilə qarşılaşıb.

Yenicag.az-a açıqlama verən aktyor şəhərdə gəzərkən, insanların sərt təpkisinə tuş gəldiyini bildirib:

“”Bir ailəm var” serialında mafiya başçısını oynayırdım. Çox qəddar adam idi. Filmdə bir epizod var, orda mafiya başçısı uşağı diləndirməyə göndərir. Uşaq pulun yarısına dönər alıb yediyinə görə, mafiya başçısı onu döyür. Bu filmdən sonra şəhərə çıxmışdım, bir uşaq məni görən kimi qorxub anasının üstünə qaçdı. Bu hadisə mənə çox pis təsir etdi. Bir tərəfdən də sevindim, obrazı təbii oynamağımın nəticəsi idi ki, uşaq məndən qorxdu. Bir dəfə də “O gecə” serialında oynadığım həkim obrazına görə mağazada iki qadın mənə sərt reaksiya verdi. Məni göstərib dedilər ki, fırıldaqçı, utanmır, qadının evini əlindən alıb satdırmaq istəyir. Bu da özünə kişi deyir. Gülməkdən özümü güclə saxladım, qadına dedim ki, o, mən deyiləm, obrazımdır. Qadın sözünü dəyişdi, dedi ki, elə demək istəmirdim. Dedim əcəb edirsiniz, oynadığım obrazı məndə görə bilirsinizsə, bu, mənim uğurumdur”.

Cəvahir

Loading...

www.yenicag.az

712
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100