Tanınmış alim küçədə donub öldü

Məşhur riyaziyyatçı və şahmat hakimi ahıl yaşında sərxoşluğun qurbanı olub.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, 80 yaşlı riyaziyyatçı Eduard Dubov sərxoş vəziyyətdə küçədə yataraq donub.

Onu səhər saatlarında aşkar edərək, xəstəxanaya çatırsalar da, alimin həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, Dubov özünə gəlmədən reanimasiya şöbəsində dünyasını dəyişib.

COP29