“Amma bu gün həmin müğənnilər o verilişlərə tez-tez dəvət olunurlar və gedib can-başla iştirak edirlər”.
Bu fikirləri yeni telelayihəsi haqqında danışan tanınmış aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.
“Mikayılla 5 gün adlı yeni verilişə başlayacağını deyən aparıcı layihənin formatı barəsində bunları bildirib:
“Tamaşaçılar məni indiyədək axşam saatlarında efirdə görüblər, bu isə “Kanal S”-də saat 11-30-dan 13-30-a qədər davam edəcək günorta şousudur. Bəzi müğənnilər deyir ki, səhər səsim açılmır, oxuya bilmirəm. Amma mənim verilişimə gələnlər canlı oxuyacaqlar. Həmişə olduğu kimi… Gündəm söhbətləri də olacaq. Hansı ki indiyədək mənim verilişimdə buna yer ayrılmayıb”.
O, bəzi müğənniləri verilişinə dəvət etməyəcəyini bildirib:
“Zamanında mənim verilişimdə populyarlaşan bəzi müğənnilər var ki vaxtilə onları başqa telekanallar efirə buraxmırdılar, onların adı gələndə ağız büzürdülər. Amma bu gün həmin müğənnilər o verilişlərə tez-tez dəvət olunurlar və gedib can-başla iştirak edirlər.
Mən də kənardan baxıb gülürəm ki, axı zamanında o verilişlərə çağırılmırdınız, sizi “geridəqalmış” hesab edirdilər. Siz də onların arxasınca danışırdınız ki, bizə o verilişlər heç lazım da deyil, Mikayıl, səndən yoxdur, sənin verilişin əladır.
Ancaq həmin adamlar bu gün efirləri zəbt ediblər. Vaxtilə o verilişlərin, aparıcıların dalınca danışanlar, bu gün isə o verilişlərə bəh-bəhlə gedənləri verilişimə çağırmayacaq”.
Cəvahir
www.yenicag.az