Tanınmış analitik və teleaparıcı Orxan Fikrətoğlu yenidən ekranlara qayıdacaq.
Yenicag.az “ölkə.az”a istinadla xəbər verir ki, “Köhnə azərbaycanlı” təxəllüsü ilə tanınan Orxan Fikrətoğlu yeni mövsümdən Space TV-də fəaliyyət göstərəcək.
O, sözügedən kanalda “Gecə düşüncələri” layihəsinin müəllifi və aparıcısı kimi fəaliyyət göstərəcək. Veriliş həftədə 6 dəfə yayımlanacaq. Verilişdə gündəmdə olan mövzulara, hadisələrə ziyalı mövqeyi ön plana çıxarılacaq.
Qeyd edək ki, Orxan Fikrətoğlu “Zorxana”, “Nə xəbər” kimi layihələrin müəllifi və aparcısı olub.