!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış jurnalist müraciət etdi

!Reklam – Yazi

ax-february-04-1454586290Bu barədə saytın baş redaktoru Zaur Qəriboğlu şəxsi Feysbuk səhifəsində məlumat verib. Jurnalistin sözlərinə görə, sayt fəaliyyətə başladığı gündən böyük oxucu auditoriyası toplaya bilib:

“Çox sevindirici haldır ki, “Qarabağ Tudey” (karabakh.today) saytı 5 dildə – Azərbaycan, ingilis, rus, ispan və türk – fəaliyyət göstərir. Sayt 3 gündür oxucuların qarşısına çıxmasına baxmayaraq, auditoriyamızın əsasını xarici ölkələr təşkil edir. Bunların arasında ilk sıralarda ABŞ, İngiltərə, İspaniya, Meksika, Türkiyə, Almaniya, Rusiya, İsrail və digər ölkələr var. Biz Azərbaycan brendinə çevriləcəyimizə inanırıq. Əsas odur ki, bu işi pulsuz, məhdud insan qüvvəsi və ən əsası öz gücümüzlə edirik. Göstəririk ki, pulsuz da bu dövlətə, bu millətə xidmət etmək olar”.

Jurnalist hazırda ciddi maliyyə çətinliyi olduğunu bildirib:

“Bu gün oturmağa ofisimiz yoxdur. Müvəqqəti bir yerdəyik, ayın 10-a kimi ofisin boşaldılması üçün vaxt verilib. Görünür, Qarabağın adı kimi, qaçqın olaraq, internet klublarda fəaliyyətimizi davam etdirəcəyik. Bütün vasitələrlə “Bu dövlətə, bu millətə xidmət etməyin” deyirlər. Biz bütün varlığımızla cənab Prezident İlham Əliyevə inanır, güvənir, onun xarici siyasətini, Qarabağ siyasətini dəstəkləyirik”.

Z.Qəriboğlu portalın gələcək fəaliyyətindən narahat olduğunu bildirərək, bütün vicdanlı insanları bu məsələdə onlara dəstək olmağa çağırıb.(axar)

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv