!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış müğənnidən doğum günündə ETİRAF: "Allahdan ən böyük hədiyyəm..."

!Reklam – Yazi

“Xoşbəxtəm, çünki Allahdan ən böyük hədiyyəmi almışam”.

Bunu doğum günü ilə bağlı təəssüratlarını bölüşən tanınmış müğənni Əflatun Qubadov Yenicag.az-açıqlamasında deyib.

Müğənni sənətdə qazandığı uğurlara görə özünü valideynlərinə borclu saydığını da etiraf edib:

“Etiraf edim ki, həyatda və sənət aləmində nə uğurlarım varsa, buna görə ömrümboyu
atama və anama borcluyam. İndiyə qədər aldığım ən gözəl hədiyyəni də şükürlər olsun ki, Allahım mənə nəsib edib. Övladlarım və nəvələrim mənə Allahımın ən gözəl hədiyyəsidir. İlk təbrik də balaca nəvələrimdən gəlib. Bundan dəyərli hədiyyə ola bilməz”.

Ə. Qubadov vaxtilə xoş günündə sevincinə şərik olan sənət dostlarını da yad edib. Onların yoxluğundan kövrəlib:

“Videoçəkilişlərə baxıram, doğum günümdə təbrikə gələn, hər zaman əmi deyə müraciət etdiyim Teymur Mustafayev, Sabir Əliyev kimi sənətkarlar bu gün həyatda yoxdur. Onların vaxtilə haqqımda söylədiyi təbriklər indi xatirəyə dönüb məni kövrəldir. Xoş günümdə sevincimə şərik olan sənət dostlarımın yoxluğuna kədərlənirəm. Kaş ki, yenə yanımda olaydılar”.

Cəvahir

www.yenicag.az

4280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv