Tanınmış musiqiçi həyat yoldaşı ilə birlikdə qəzada öldü
“The Hatters” qrupunun keçmiş trombonçusu Vadim Rulev və 33 yaşlı həyat yoldaşı Yekaterina yol qəzasında dünyalarını dəyişiblər.
Yenicag.az xəbər verir ki, qəza Zverevo-Malinovka yolunun 34-cü km-də baş verib. 35 yaşlı Rulev motosiklet sürərkən yüksək sürət həddində idarəetməni itirərək qarşıdan gələn “Land Rover” markalı avtomobilə çırpılıb. Cütlük hadisə yerindəcə dünyasını dəyişib.
Məlumata görə, “Land Rover”i sahibkar və pivə istehsalı şirkətinin baş direktoru idarə edirmiş./Unikal/