!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış rejissor: “Bu filmlər peşəkar kino adına ləkədir”

!Reklam – Yazi

“Bacarığı olan olan da, olmayan da başlayır film çəkməyə. Bunların arasında çox sayda özfəaliyyət səviyyəsində çəkilən filmlər var ki, bu da peşəkar kino adına ləkədir”.

Bunu tanınmış rejissor, Peşəkar Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev kommersiya filmləri ilə bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

Rejissor peşəkarla həvəskar arasında fərq olmadığını və nəticədə keyfiyyətsiz filmlərin daha çox çəkildiyini bildirib:

“Komediya filmləri kinematoqrafiyanın bir qoludur. Son vaxtlar daha çox komediya filmləri çəkilir. Bu bir tərəfdən yaxşıdır. Çünki nə qədər çox insan bu işlə məşğul olsa, daha çox istedadların üzə çıxmasına səbəb ola bilər. Bu, işin müsbət tərəfidir. Amma mənfi tərəfləri də var. Bacarığı olan olan da, olmayan da başlayır film çəkməyə. Bunlar arasında çox sayda özfəaliyyət səviyyəsində çəkilən filmlər var ki, bu da peşəkar kino adına ləkədir. Çox adamlar bilmir, bu filmi çəkən peşəkardır, ya qeyri-peşəkar. Filmə baxır, sonra da başlayırlar, niyə belə pis filmlər çəkilir deyib sual etməyə. Vaxtilə biz bu problemi qaldırmışdıq ki, peşəkarla həvəskar arasında sərhəd müəyyən olunsun. Demirəm, qadağalar qoyulmalıdır, yox, amma bu anlayışları leksikonumuza gətirməliyik. Tamaşaçı bilməlidir, həvəskar kimdir, peşəkar kino ilə məşğul olan insanlar kimdir. Bu, mütləq şəkildə öz həllini tapmalıdır. Çünki bu hədd olmasa, kinoda məsələlər getdikcə qəlizləşəcək”.

H.Mehdiyev tamaşaçının da keyfiyyətli filmlərin ərsəyə gətirilməsində böyük rol oynadığını qeyd edib:

“Əgər filmin sərmayə gətirməsini istəyirsənsə, bu filmi peşəkar səviyyədə çəkmək lazımdır. Film tamaşaçının zövqünə cavab verməlidir. Əks halda, qoyduğun sərmayə də hədərə gedəcək. Əfsuslar olsun ki, olduqca bayağı, şit filmlər çəkilir, çünki onların da öz həvəskarları var. Tamaşaçı kütləsi çox mürəkkəb xarakterə malikdir. Biri gülməyi, şit-şit zarafatı sevir, digəri düşünməyi və sair. Elə bir film ola bilməz ki, hamını qane etsin. Mən hesab edirəm ki, Azərbaycanda kommersiya məqsədi ilə çəkilən ən yaxşı film musiqili olmalıdır. Amma, nədənsə, belə filmlər çəkilmir. Hesab edirəm ki, belə musiqili filmlərin tamaşaçısı da çox olar. Bu istiqamətdə ənənə də var. Bunu yalnız tamaşaçı müəyyən edir. Kim nəyə daha çox baxacaqsa, o sahə də inkişaf edəcək”.

Cəvahir

www.yenicag.az

962
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv