Tanınmış rəssam faciəvi şəkildə öldü

media-hightechnic-468x90

Neftçalada tanınmış rəssam yol qəzası səbəbindən dünyasını dəyişib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov motosikletlə balıq tutmağa gedərkən yol qəzası baş verib. Belə ki, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və kuzada olan N.Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 65 yaşlı rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.O, yaradıcılıq fəaliyyəti dövründə rəssamlığın müxtəlif mənzərə, portret, batal, animalistik, tematik tablo janrına müraciət edib. Əsərlərindən “Sonuncu ev”, “Qız qalası”, “Kleopatra”, “Min bir gecə”, “Qoca balıqçı”, “Avtoportret”, “Qladiator” və s. rəsmlərini nümunə göstərmək olar./Qafqazinfo

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05