!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyorun DOĞUM GÜNÜDÜR: “Onları Allaha tapşırıram!”

!Reklam – Yazi

“Mənim böyük səhnəyə addımımı bağlayan insancıqlar var, onları da Allaha tapşırıram!”

Bu sözləri tanınmış aktyor Məhəmməd Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

İlk gənclik illərindən Azərbaycan tamaşaçısının “Babək” filmindəki Buğday obrazı ilə sevdiyi aktyorun bu gün doğum günüdür.

O, bu gün kino və teatr aləmində olan tənəzzüldən təəssüf hissi ilə danışıb:

“Ümumiyyətlə, Azərbaycanda teatr, kino sənətində böyük bir tənəzzül dövrüdür. Bunun sonunu görə bilmirəm. Peşəkarlığa “qiymət verənlər” də kor olublar. Bəlkə də olmayıblar, sadəcə onlar da tənəzzülə uğrayıblar. Yəni yaxşını pisdən ayıran peşəkarlar iş başında deyil, əksinə, vəzifə başındadırlar. Hər şeyi də onlar tərəziyə qoyurlar. Mən sənətə gəldiyimə görə heç vaxt peşman olmaram, qoy, olanlar olsun. Təbii ki, aktyor həmişə işləməlidir, ekranda, səhnədə olmalıdır. Nə edək, mənim böyük səhnəyə addımımı bağlayan insancıqlar var, onları da Allaha tapşırıram!”

Aktyor doğum gününü ailəsi və dostları ilə bərabər qeyd edəcəyini bildirib:

“Bu gün, yəni hər il yanvarın 30-u mənim doğum günümdür və bu günü həmişə ailəmlə, dostlarımla qeyd edirəm. Bu gün də adətimiz dəyişməyəcək: əvvəl ailəmlə, sonra da dostlarımla qeyd edəcəyəm. Sizə də öz təşəkkürümü bildirirəm ki, məni siz yaddan çıxarmırsınız, hər il məni təbrik edirsiniz”.

Cəvahir

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv