Tariflərdə ucuzlaşma müşahidə olunur

media-hightechnic-468x90

484212015-ci ilin yanvar ayında ötən ilin dekabrına nisbətən nəqliyyat sektorunda həm yükdaşıma tarifləri, həm də sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, sərnişindaşıma tarifləri üzrə ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında hava nəqliyyatında digər xarici ölkələr üzrə 21,3 faiz ucuzlaşma olub.

Bununla yanaşı, MDB ölkələri üzrə isə dəmir yolu və hava nəqliyyatında müvafiq olaraq 9,7 və 32,6 faiz ucuzlaşma müşahidə olunub.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Yanvar ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 21,6 faiz ucuzlaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa