Tarixi binanın yerində əyləncə mərkəzi tikilir – Fotolar

hardrock37“Tarqovıy” məhəllə kimi tanınan ərazidə, Natavanın heykəlinin arxasında yerləşən və keçən ilin sonlarında sökülən “Azərbaycan” kinoteatrının yerində tikiləcək obyektin görüntüləri nümayiş etdirilib.

Məlumata görə, həmin yerdə “Hard Rock” adlı istirahət-əyləncə mərkəzi inşa olunur.

Yeni mərkəzin binasının dizaynı və xarici görünüşü “Azərbaycan” kinoteatrının köhnə binasından çox fərqlənməyəcək. Bildirilir ki, burada yeni kinoteatr da yerləşəcək.

Qeyd edək ki, “Azərbaycan” kinoteatrının köhnə binası sökülərkən onun yan divarlarına toxunulmamışdı. Yeni tikilinin bu ilin sonunadək təhvil veriləcəyi gözlənilir.(lent)