!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tariximizdən bixəbər "müəllimlər" - 11 diplom saxta çıxdı  

!Reklam – Yazi

Avqust ayının 21-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibə mərhələsinin başladığı bu müddət ərzində artıq 11 saxta diplom aşkarlanıb.

Yenicag.az xəbər verir ki, 5225 nəfərin buraxıldığı müsahibə mərhələsində bu günədək artıq 3000-dən çox namizəd keçib.

Avqustun 26-da başa çatacaq həmin mərhələdə müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.

Müsahibə mərhələsi də test imtahanlarının keçirildiyi məkanda – Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilib. Universitetə yaxınlaşdıqca qələbəliyin də artdığının şahidi olursan. Qapının qarşısı isə keçilməzdir. Buraya toplaşan namizədlər içəri girməyə can atır. Ancaq qapıda dayanan mühafizə polisi hər şığıyanı içəri buraxmır.
İçəridə də sırasını gözləyənlər var. İki sıra düzülən namizədlər qeydiyyat bölməsində müvafiq prosedurdan keçir. Burada onların diplomlarının uyğunluğu yoxlanılır.

Məlumatda bildirilib ki, komissiya üzvləri hər namizədlə bağlı qərarını verərkən bir çox məqamı nəzərə alır. “Bəzən bir namizədlə bağlı fikirləri üst-üstə düşür, bəzən isə hər biri fərqli düşünür. Belə olanda müzakirə edirlər. Bəzən komissiya üzvlərinin müzakirəsi tamamlanmadan növbəti namizəd gəlir. Məcburən onu bir az gözlədirlər. Masa başında ayaq üstə gözləyən namizəd diqqətimizi çəkdiyindən maraqlanırıq. Nəyə qərar verə bilmirlər? Komissiyanın müəllimliyə layiq hesab etmədiyi həmin şəxs və ya şəxslər kimlərdir? Əsasən passiv, həvəssiz görünənlər, sadə suallara cavab verə bilməyənlər, dünyagörüşü zəif olanlar müəllimliyə uyğun görülmür.

Komissiya üzvlərindən biri, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, bəzilərinin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib”.

R.Məmmədovun sözlərinə görə, bir neçə gün ərzində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb”. (azvision.az)

Yenicag.az

www.yenicag.az

820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv