Tbilisidə azərbaycanlı gənclərlə maarifləndirici görüş keçirildi - FOTO

media-hightechnic-468x90

 

Tbilisi — İvane Cavaxişvili Tbilisi Dövlət Universitetinin nəzdində, Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən Heydər Əliyev Auditoriyasında Gürcüstanda yaşayan və təhsil alan azərbaycanlı gənclərlə maarifləndirici görüş keçirilib.

Görüşdə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri, eyni zamanda Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Həsənoğlu iştirak edib.

Tədbirin açılışında çıxış edən Mərkəzin direktoru Leyla Əmrahova görüşün əhəmiyyətindən, gənclərin gələcək həyat və karyera seçimlərində dünyəvi biliklərin və beynəlxalq təcrübənin mühüm rol oynadığından danışıb. O, bu cür görüşlərin gənclərin dünyagörüşünün genişlənməsinə və onların cəmiyyətə daha faydalı fərdlər kimi formalaşmasına töhfə verdiyini vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin əməkdaşı Cavid Məhərrəmov çıxış edərək dəvət olunmuş qonağa və iştirakçılara təşəkkür edib. O bildirib ki, səfirlik hər zaman Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın sosial və mədəni həyatında fəal iştirakına dəstək göstərməyə hazırdır.

Çıxışı zamanı Orxan Həsənoğlu xarici ölkələrdə təhsilin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu, yalnız fərdi inkişaf baxımından deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və milli maraqların müdafiəsi baxımından da böyük önəm daşıyır. Onun sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlı gənclər diaspor fəaliyyətinin güclənməsində, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırlar.

O, xüsusilə İkinci Qarabağ müharibəsindən əvvəl və müharibə dövründə Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasında xaricdə təhsil alan gənclərin fəallığını yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün dünyanın müxtəlif aparıcı beynəlxalq təşkilatlarında və qurumlarında çalışan azərbaycanlı mütəxəssislər ölkəmizin xaricdəki siması kimi çıxış edirlər.

Görüş zamanı Gürcüstanda yaşayan soydaşların **Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən universitetlərdə** təhsil imkanları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan ilə Şimali Kipr arasında mövcud olan tarixi və mənəvi bağlar bu gün Türk Dövlətləri Təşkilatı və TÜRKPA çərçivəsində müşahidəçi statusu ilə təmsil olunmaqla daha da möhkəmlənir.

Orxan Həsənoğlu, həmçinin Azərbaycan və Şimali Kiprin ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açaraq, bu istiqamətdə Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa