!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TBMM-in nümayəndə heyəti Milli Məclisdə oldu

!Reklam – Yazi

Oktyabrın 18-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqla danışan Fərid Hacıyev bu münasibətlərin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf etdiyini qeyd edib.

Fərid Hacıyev Türkiyənin Azərbaycana daim dəstək verdiyini vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdiyini, bu ilin sentyabrında ölkəmizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etdiyini bildirib.

Aparat rəhbəri parlament aparatları arasında əlaqələrin inkişafının parlamentlər arasında daha sıx əməkdaşlığın qurulmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun iki ölkənin parlament aparatları arasında əməkdaşlığın perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb. Qonaq bildirib ki, Türkiyə və Azərbaycan ortaq dəyərlərə malik, eyni keçmişi və eyni gələcəyi paylaşan ölkələrdir. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin sevincini yaşadıqlarını diqqətə çatdırıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

XXX

Oktyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Əhliman Əmiraslanov dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. O, əlaqələrimizin gücləndirilməsində hər iki dövlət başçılarının müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

Söhbət zamanı Əhliman Əmiraslanov 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını yüksək qiymətləndirib, bu gün ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini və işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.

Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Eldar İbrahimov, Əminə Ağazadə, Fazil Mustafa ölkələrimiz və xalqlarımız arasında olan tarixi münasibətlər, dövlətlərimiz və parlamentlərimiz arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun dövlətlərimiz və xalqlarımız arasında tarixən sıx əlaqələrin olduğunu, ölkələrimiz arasında münasibətlərin durmadan möhkəmləndirildiyini qeyd edib. Qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsindən bəhs edən TBMM-in Baş katibi, parlament Aparatları arasında əməkdaşlığın da böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Dövlətlərimizin hər zaman bir-birini dəstəklədiyini deyən Talip Uzun Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin Türkiyə xalqı tərəfindən sevinc və qürur hissi ilə qarşılandığını söyləyib.

Söhbətdə parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, dostluq qruplarının əlaqələrinin intensivləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

COP29

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv