“Təbii ki, bu bizə olan böyük sevgidən irəli gəlmir”
Hərbi xuntanın caynağından qurtulub bizə pənah gətirən erməni əsgəri Andranik Qriqoryanın “Orada bu cür yaşamaqdan bezib mənim kimi bura keçmək istəyən çoxlu sayda insan var” sözlərində təəccüblü heç nə yoxdur. Bunun məhz belə olduğunu biz çoxdan bilirik.
Bunu millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, ordakıların bura keçmək istəmələrinin nədən qaynaqlandığını da bilirdik: “Təbii ki, bu bizə olan böyük sevgidən irəli gəlmir. Əgər Ermənistan blokadada saxlanılmasaydı və bizim torpağın bağrında çalın-çarpaz səngər çəkənlərin başına od yağdırılmasa, həddini aşanları hara lazımdır ora göndərilməsəydilər, onların içərisindən çox az adam belə fikrə düşə bilərdi. Onunla eyni səngərdə olanların ardıcıl şəkildə necə bir-bir(bəzən də topa şəkildə) zərərsizləşdirildiklərini görən Qriqoryanın da dediyi kimi indi isə belələrinin sayı çoxdur. Bu o deməkdir ki, biz doğru yoldayıq. Bir tərəfdən bu siyasəti davam etdirməli, digər tərəfdən isə Dağlıq Qarabağ ermənilərinə göstərməliyik ki, onlara Azərbaycan vətəndaşları kimi yanaşmağa hazırıq. Amma o kəslərə ki, bu dövlətin bayrağını öpüb gözü üstə qoyacaq və onun maraqlarına xidmət etdiyini əməllərilə göstərəcək”(azadinform).