Təbrizdən Bakıya birbaşa aviareysin açılması müzakirə edildi

media-hightechnic-468x90

Azərbaycan və İran Təbrizdən Bakıya birbaşa aviareysin açılması və iki ölkə arasında yeni sərhəd-keçid məntəqəsinin tikintisini müzakirə edir. 

Yenicag.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, bu məsələlər İranın Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərməstlə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında iki saatlıq görüş zamanı müzakirə olunub: “Görüş zamanı İran və Azərbaycan prezidentlərinin imzaladığı memorandumun müddəalarının həyata keçirilməsi prosesi də müzakirə edilib”.

Tərəflər müalicə turizminin təşviqi, Culfa-Naxçıvan və Ağbənd sərhəd-keçid məntəqələrinin aktivləşdirilməsi, hər iki tərəfdən sərhəd bazarlarının yaradılması, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının potensialından istifadə, eləcə də Cənubi Azərbaycanda birgə sərmayələrin yatırılması imkanlarını ətraflı müzakirə ediblər.

Bundan əlavə, mühəndis-texniki xidmətlərin ixracı, özəl sektorun yenidənqurma işlərinə cəlb edilməsi, kommersiya fəaliyyətinin genişləndirilməsi, Azərbaycanda biznesin sadələşdirilməsi, o cümlədən İranın Cənubi Azərbaycan əyalətinə azərbaycanlı investorların cəlb edilməsi məsələləri müzakirə olunub. Hər iki tərəf Təbriz-Bakı aviareysinin açılmasında, mədəni mübadilənin dərinləşdirilməsində, Azərbaycan prezidentini və baş nazirin müavinini beynəlxalq konfransda iştiraka dəvət etməkdə maraqlı olduqlarını bildiriblər./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600