“…, təəssüfləndiyimizi bildiririk”
Dünən bəzi Kütləvi İnformasiya Vasitələrində guya Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Milli Məclisdə çıxışı zamanı “tələbələrə verilən təhsil kreditləri ləğv edilməlidir” kimi fikir səsləndirməsi barədə yalnış məlumat yayılıb.
Aydınlıq üçün bildirək ki, BDU rektoru Abel Məhərrəmov öz çıxışında ödənişli əsaslarla oxuyan tələbələrə təhsil haqlarının ödənilməsi məqsədilə dövlət tərəfindən uzunmüddətli kreditlərin verilməsi məsələsini qaldırıb.
Əksər KİV-lər rektor Abel Məhərrəmovun fikrini olduğu kimi çatdırsa da, bəzilərində fikir ayrı mənalarda interpretasiya olunub.
Həmin KİV-lərin məsələni yanlış formada ictimailəşdirməsindən təəssüfləndiyimizi bildiririk.