Tehran ABŞ ilə danışıqların tarixini açıqladı

media-hightechnic-468x90

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı dolayı danışıqların fevralın 17-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlarda Oman vasitəçi qismində çıxış edəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib ki, İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqlar fevralın 17-də Omanın vasitəçiliyi ilə keçiriləcək.

Qeyd olunub ki, görüşlərdə İranın nüvə proqramı və problemin həlli üçün mümkün addımlar müzakirə ediləcək.

Xatırladaq ki, İran və ABŞ arasında danışıqların əvvəlki mərhələsi fevralın 6-da Omanda baş tutub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05