Tehran Bakıya “barış məktubu” GÖNDƏRİR: “İran Azərbaycanla münasibətlərin normal olmasında maraqlıdır”

media-hightechnic-468x90

“İran Azərbaycanla münasibətlərin normal olmasında maraqlıdır”.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan səfəri və bunun iki ölkə münasibətlərinə təsirini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

O, bildirib ki, Pezeşkianın səfəri iki ölkə arasında münasibətləri inkişaf etdirə bilər:

“Pezeşkian həm Qərblə, həm də Azərbaycanla münasibətlərin müsbət inkişaf etməsinə yaxşı baxır. Pezeşkianın Azərbaycana səfərindən öncə İran mətbuatında belə bir informasiya getdi ki, Azərbaycan səfirliyinə hücum edən terrorçu edam olunacaq. Azərbaycan və İran xarici işlər nazirlərinin görüşündə də rəsmi Bakı bildirmişdi ki, həmin şəxslə bağlı qərar verilməli və icra olunmalıdır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, dünyada artıq anti-qloballaşma gedir:

“Hazırda region dövlətlərinin əməkdaşlığı ön plana çıxır. Böyük birliklər artıq uğurlu sayılmır. İran Azərbaycanla münasibətlərin normal olmasında maraqlıdır. Çünki Azərbaycan Avropa ilə Asiyanın arasında, bundan əlavə, Cənub-Şimal yolunun, Avropa İttifaqı ilə Çini birləşdirəcək yolun üzərində yerləşirik. Pezeşkian prezident seçildikdən sonra İranla Azərbaycan arasında münasibətlər xeyli yaxşılaşıb. Bundan sonra münasibətlərin müsbət mənada inkişafı gözlənilir. İranla münasibətlər nə qədər yaxın olsa, o qədər yaxşıdır”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600