Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? - AÇIQLAMA / VİDEO

media-hightechnic-468x90

Ötən gündən sosial şəbəkələrdə ümumtəhsil müəssisələrində dərslərin yaxın zamanda ənənəvi qaydada aparılacağı ilə bağlı məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.

Təhsil Nazirliyi yaranan müzakirələrə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” hesabından paylaşdığı məlumatda bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Onun sözlərinə görə, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu ilk növbədə Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa