!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyi də yeni “tender kralı”nın şirkəti ilə müqavilə bağladı

!Reklam – Yazi
Təhsil Nazirliyi ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi arasında bu gün içməli suyun alınması və daşınması ilə bağlı 19 min manat məbləğində müqavilə bağlanılıb.

Yenicag.az xəbər verir ki, kotirovka sorğusunun qalibi “Qarant-Com” MMC olub.

Qeyd edək ki, “Qarant-Com” MMC 26.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A–da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.

2 ay əvvəl yaradılan şirkətlə artıq 4 satınalma müqaviləsi bağlanılıb. Hər 4 müqavilə içməli su və çirkab suların daşınması ilə bağlı olub.

Maraqlıdır ki, qanuni təmsilçisi Könül Məmmədova və eyni ünvanda yaradılan bir-neçə şirkət ötən il yaradılıb. Hansı ki, bu şirkətlər qısa müddətdə mövcud qanunvericiliyin tələblərinə əməl olunmadan dövlət satınlamalarında qalib gəlməyə başlayıb.

Həmin şirkətləri bir daha xatırlatmaq istəyirik:

“Kip Servis” MMC (Bu ilin fevralın 8-də Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi və məbləği 199 min 500 manat məbləğində olan tenderin qalibi olub).

Qarant-Com MMC (8№-li sanatoriya tipli internat məktəbinin keçirdiyi içməli suyun daşınması (36000 AZN) və çirkab suyun çıxarılması və daşınması işləri (28400 AZN), Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin keçirdiyi və məbləği 7 min 290 manat olan kotirovka sorğusunun qalibi də Qarant-Com MMC olub) .

“Resta-Ltd” MMC: (2020-ci ilin dekabr ayında yaradılan şirkət hələlik satınalmalarda qalib elan olunmayıb).

Orxan Əhmədli

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv