Təhsildə süni intellekt dövrü başlayır – Perspektivdə nələr OLACAQ?

media-hightechnic-468x90

“Bu təcrübə bizə göstərdi ki, təhsildə süni intellekt yalnız texnoloji transformasiya deyil, həm də metodoloji və pedaqoji yanaşmaların yenilənməsi deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri, informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib.

media-elvin

O, dünya nəhəngi texnologiya şirkətlərinin Azərbaycanla əməkdaşlıqlarının perspektiv nəticələrini təhlil edib.

Mütəxəssis bildirib ki, fərdi öyrənmə alqoritmləri, avtomatlaşdırılmış qiymətləndirmə sistemləri və virtual müəllimlər kimi texnologiyalar təhsilin əlçatanlığını və effektivliyini ciddi şəkildə artıra bilər.

“Azərbaycan ilə “Microsoft” arasında əməkdaşlıq birinci dəfə deyil, bu, uzunmüddətli strateji münasibətlərin davamıdır. Əvvəllər yerli ofislə, indi isə daha geniş imkanlara malik regional komanda ilə əməkdaşlıq edirik. Dubayda keçirilən son görüşlər süni intellektin təhsildə tətbiqi baxımından çox vacib bir mərhələ oldu. Biz görüşlər zamanı təkcə texnoloji baxışları deyil, həm də təhsilə yönəlmiş böyük dil modellərinin (LLM for Education) birgə inkişafı məsələsini konkret müzakirə etdik”.

“Microsoft” tərəfi bu sahədə mövcud olan elmi yanaşmaları təqdim etdi, hətta PhD səviyyəli mütəxəssislərlə praktik sessiyalar və workshoplar təşkil olundu. Bütün bunlar süni intellektin idarəetmədən tutmuş sinif otaqlarına qədər hansı mərhələlərdə effektiv şəkildə tətbiq edilə biləcəyini aydın şəkildə göstərdi. Bu təcrübə bizə göstərdi ki, təhsildə süni intellekt yalnız texnoloji transformasiya deyil, həm də metodoloji və pedaqoji yanaşmaların yenilənməsi deməkdir. Məsələn, fərdi öyrənmə alqoritmləri, avtomatlaşdırılmış qiymətləndirmə sistemləri və virtual müəllimlər kimi texnologiyalar təhsilin əlçatanlığını və effektivliyini ciddi şəkildə artıra bilər”, – deyə o, əlavə edib.

İrəliyə doğru atılmalı əsas addımlardan danışan mütəxəssis söyləyib ki, “LLM for Education” üzrə birgə prototiplərin hazırlanması və lokal kontentlə zənginləşdirilməsi, müəllimlər və idarəçilər üçün AI savadlılığı üzrə xüsusi təlim proqramlarının hazırlanması, etik və məsuliyyətli süni intellekt istifadəsinə dair milli çərçivənin “Microsoft” təcrübəsi əsasında uyğunlaşdırılması və təhsil sahəsində süni intellekt texnologiyalarının pilot tətbiqlərinin başlanması prioritet məsələlərdən biridir.

“Yekun olaraq, bu əməkdaşlıq ölkəmizin təhsil sistemini qlobal trendlərə uyğunlaşdırmaqla yanaşı, lokal ehtiyaclara uyğun milli süni intellekt həllərinin formalaşmasına da zəmin yaradır. Bu, yalnız texnologiya deyil, strateji düşüncə və dayanıqlı inkişaf üçün vacib bir mərhələdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600