Təhsilə ayrılan vəsait bu istiqamətlərə yönələ bilər - TƏKLİFLƏR

media-hightechnic-468x90

“Təhsil xərclərinin içində elmə ayrılan vəsait olduqca aşağıdır”.

media-1753767662_new-project-1

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, Azərbaycanda 2026-cı ildə təhsil xərclərinə ayrılan 5 milyard manat vəsaitin hansı istiqamətlər üzrə xərclənməsinin daha səmərəli olacağından danışıb.

Ekspert bildirib ki, 2025-ci ildə dövlət büdcəsindən təhsil istiqamətinə ümumilikdə 4 milyard 500 milyon manatdan çox vəsait ayrılmışdı:

“Vəsaitin böyük hissəsini xərclər təşkil edirdi. 2011-ci ildən etibarən ali təhsil müəssisələri təsərrüfat hesablı fəaliyyətə keçiblər, yəni dövlət büdcəsindən vəsait almırlar. Onlara tələbələrin təhsil haqqlarından vəsait ayrılır.

Burada da vəsaitin həcmi kifayət qədər böyük görünə bilər. Təhsilə 5 milyard manat vəsait ayrılır. Lakin hələ də təhsildə istəyimizə nail ola bilmirik. Daha çox elmə vəsait ayırmalıyıq. Təhsil xərclərinin içində elmə ayrılan vəsait olduqca aşağıdır. Bugünkü rəqəmlər fonunda elmi tədqiqatlara ayrılan vəsait kifayət qədər aşağıdır, yetərli deyil. Peşə təhsili və elmi tədqiqat sahələrinə daha çox maliyyə ayrılmalıdır”.

Ekspert vurğulayıb ki, hazırda peşə təhsilinə ayrılan vəsait çox azdır:

“Halbuki biz peşə təhsili müəssisələrinə daha çox dəstək verməliyik ki, orada təhsil alan gənclər qısa müddət ərzində əmək bazarına daxil ola bilsinlər və çevik əmək bazarı formalaşsın.

Əlavə olaraq son iki ildə müşahidə olunan yanlış yanaşma var: Az komplektli məktəblərin bağlanması məsələsi. Hazırda şagird sayı az olduğuna görə 200-dən çox məktəb bağlanıb. Lakin şagird sayından asılı olmayaraq biz məktəbləri bağlamalı yox, açmalıyıq.

Xüsusilə paytaxtın Binə qəsəbəsində və Sulutəpə ərazisində yeni məktəb binalarına ehtiyac var. Ayrılan vəsaitin bir hissəsi bu istiqamətə yönəldilməlidir ki, şagird sıxlığı müşahidə olunan məktəblərdə yeni korpuslar tikilsin”.

Kamran Əsədov vurğulayıb ki, ən vacib məsələlərdən biri isə müəllimlərin əməkhaqqısıdır:

“Müəllimlərin maaşları 18 saatlıq dərs yükü əsasında hesablanır ki, bu da düzgün deyil. 2026-cı ildə ölkədə bütün müəllimlər sertifikasiyadan keçəcək. Bu o deməkdir ki, sertifikasiyadan keçən müəllimlərin 10-35% aralığında maaş artımı olacaq.

2026-cı ildə təhsil büdcəsində nəzərdə tutulan 500 milyon manatlıq artımın əsas səbəblərindən biri məhz sertifikasiya prosesinin başa çatmasıdır. Müəllimlərin vahid əməkhaqqı mexanizminə keçidi vacibdir. Həkimlər, hüquqşünaslar, polislər kimi müəllimlər də vahid əməkhaqqı almalıdırlar”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa