Təhsillə bağlı brifinqin vaxtı açıqlandı – YENİLƏNDİ

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14:00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, brifinq AzTV, Real TV və Təhsil TV-də canlı yayımlanacaq.

*

Yeni tədris ili ilə bağlı qərar sabah açıqlanacaq.

Yenicag.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O, bildirib ki, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.