Tələbələr Polşa səfirliyi qarşısında aksiya keçirdilər-Foto

media-hightechnic-468x90

84f8724175c19c706a495abd9f8bcd4bPolşada təhsil alan azərbaycanlı gənclər paytaxt Varşavada etiraz aksiyası keçiriblər.

Yenicag.az apa-ya istinadən bildirir ki, aksiya Ermənistan səfirliyinin qarşısında baş tutub.

Aksiyanın təşkilatçısı, Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd bildirib ki, məqsəd Ermənistanın Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın işğalına son qoymağı tələb etmək olub.

Aksiya iştirakçılarından biri olan “Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu”nun rəhbəri Əhməd Şahidov isə aksiyanın keçirilməsinin digər məqsədinin həmyerlilərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz həbsinə diqqət çəkmək olduğunu bildirib.

Aksiya bir saat davam edib. Gənclər aksiya boyunca polyak , Azərbaycan və ingilis dillərində “Xocalıya ədalət” “Azərbaycanlı girovlara azadlıq” kimi şüarlar səsləndiriblər.

Sonda aksiya iştirakçıları polyak dilində olan qətnaməni Ermənistan səfirliyinə təqdim ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600