Tələbələr Romada “Xocalıya ədalət” istədilər-Foto
“Azərbaycan Tələbə Şəbəkəsi” İtaliyada 26 fevral tarixində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirlə Xocalını andı.
Tələbələr Romanın məşhur küçələrindən biri olan Via del Corsoda məlumatlandırıcı aksiya keçirdilər. İnsanlara aksiyanın keçirilmə məqsədi izah olundu və Xocalı və onun dəhşətləri haqqında məlumat verildi. Aksiya zamanı müxtəlif dil və irqdən olan insanlar Xocalı və orda yaşananlar haqqında Şəbəkə üzvləri tərəfindən məlumatlanandan sonra böyük hərflərlə yazılan Xocalı yazısının iki tərəfində yerləşdirilən plakata müasir dünyamızda müharibələrə son və ədalətə çağırış naminə bu gün görmək istədikləri dünyanı qısa sözlərlə təsvir etdilər. Bu yazılarla onlar həm Xocalıda baş verənlər öz etirazlarını bildirdilər, həm də aksiyaya qoşulduqlarını göstərdilər. Aksiya iştirakçılarına Tələbə Şəbəkəsi adından üzərində Xocalı yazısı olan blaknotlar paylandı.